Arama

Tahir Talibli - Tek Mesaj #1

wolf_wolf - avatarı
wolf_wolf
Ziyaretçi
10 Eylül 2009       Mesaj #1
wolf_wolf - avatarı
Ziyaretçi
Həyatı

Tahir Talıblı 1948-ci il fevralın 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir. Sonra təhsilini APİ-nin fılologiya fakültəsində davam etdirmişdir (1968-1972). Həmin ildə əmək fəaliyyətinə doğma kəndində dil-ədəbiyyat müəllimi kimi başlamış, sonra isə orta məktəbin direktoru işləmişdir (1972-1988). Erməni ekstremistlərinin təhdid və təzyiqi üzündən dədə-baba yurdunu tərk etməyə məcbur olmuşdur (1988). Həmin ildən Bakı şəhərində yaşayır.Ailəlidir,3 övladı var.


Yaradıcılıgı

1970-ci ildən poetik əsərlərini, dövri və publisistik yazılarını mətbuatda çap etdirmişdir. İlk şeirləri "Azərbaycan gəncləri" qəzetinin səhifələrində dərc olunmuşdur. "Yeni fikir" qəzetinin əməkdaşı, sonra həmin qəzetin baş redaktoru işləmişdir (1992-1993). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində Radio verilişləri redaksiyasının Güney Azərbaycanı şöbəsində redaktor vəzifəsində çalışmışdır (1993)

1993-cü ildən isə Azərbaycan radiosunda "Xalq yaradıcılığı" redaksiyası yaradılıb.Redaksiya iki şöbədən: "Xalq yaradıcılığı", "Sənət və etnoqrafıya'" şöbəsindən ibarətdir. Xalq yaradıcılığı redaksiyasında müxtəlif tədqiqat xarakterli verilişlər efirə çıxır. "Bulaq", "Gündoğandan günabatana", "Yazıya pozu yoxmuş", "Xeyrə qənşər", "Aşıq gördüyün çağırar" ,"Yerin-yıırdun adın andım", "İlmə", "Şirvan nəfəsi", "Divani saz-söz moclisi", "Dastan saatı", "Qərib axşamlar", "Şirvan şikəstəsi", "Tərəkəmə" folklor rəqs toplusu, "Yurd yeri", "Soyumuz-soykökümüz" Irəvan Cuxuru kimi verilişləri yarandığı gündən dinləyicilərin diqqət və marağını qazanıb.

1969-cü ilin noyabrında ilk dəfə efirə çıxan "Bulaq" verilişi istedadlı yazıçı Mövlud Süleymanlı tərəfindən yaradılıb, araya-ərsəyə gəlib. 32 illik bir ömrü yaşayan "Bulaq" verilişi 1993-cü ilə qədər "Ədəbiyyat" redaksiyasının tərkibində fəaliyyət göstərib.Artıq 15 ilə yaxındırki Tahir Talibli "Bulaq" verilişinin ssenari müəllifidir.

azerbaycan radiosunda "Xalq yaradıcılığı" redaksiyasının verilişlərində xalq yaradıcılığının müxtəlif sahələri araşdırilir, etnoqrafiyamızla, soykökümüzlə, toponimlərimizlə, tarixi adlarımızla, qədimliyimizlə bağlı araşdırmalar səslənir.Azərbaycan radiosıınun "Xalq yaradıcılığı" redaksiyasının verilişlərində dünyaya səpələnən ayrı-ayrı türk xalqlarının, türk soylarının folklor niimunələrindən geniş söhbət açırlar. Üzü Şumerdən bəri gələn Şu, Bilqamış, Dədə Qorqud, Koroğlu, alpamış Koblantı Batır, Ural-Batır, Altun Arıq, Manas kimi dastanlar ümumtürk varlığının dünya üstündəki varlığı kimi verilişlərin əsas mövzusudur."Ustad nəfəsi", "Divani saz söz məclisi", "Dastan saatı"Irəvan Çuxuru,Yurd yeri verilişlərində aşıq sənətimiz yaradıcı şəkildə araşdırılır.

azerbaycan radiosunda "Xalq yaradıcılığı" redaksiyasının baş redaktoru Tahir Taliblıdır.


Əsərləri
1.Sevgi harayı. Yerevan: Sovetakan qroğ, 1982, 36 səh.
2.Yazılmamış şerlər. Yerevan, Sovetakan qroğ, 1984, 80 səh.
3.Yollara çıxmışam. Bakı: Yazıçı, 1986, 45 səh.
4.Bizi yurd saxlar. Bakı: Yazıçı, 1992, 120 səh.
5.Əziz Əliyev. Bakı: Azərnəşr, 1996, 352 səh.
6.Bu tale dediyin (şerlər). Bakı: Azərbaycan Türkiyə Birgə Poliqrafiya Şirkəti, 125 səh


tahirtalibli :

Qəmnən dogulacaq şairlər hələ,
nə qədər dünya var,pərti olacaq
bəlkədə dünyada sonuncu şair,
dünyanın sonuncu dərdi olacaq

2002.




tahirtalibli :

BU TALE DEDİYİN…

Bu tale dediyin nədi,
bir əlcə varagdı,yoxsa?!
bir üzü qara yazılı,
o bir üzü agdı,yoxsa?!

gedən yollar uzaqdımı,
gələn günlər sazaqdımı,
mənimki yaşamaqdımı,
adicə maraqdı yoxsa?!

ömürdə bir ömür deyil,
səbirdə bir səbir deyil,
son yerimiz qəbir deyil,
bir qızıl otaqdı yoxsa?!

iyun 2002


tahirtalibli :

AYRILIQLAR TANRILIQDI

gözünnən aydın görürəm,
qəmin-göyərən yeridi,
deməsəndə mən bilirəm,
dərdin-dərdindən yeyindi

nə buludsan,nə yagırsan
nə axan selnən axırsan,
de niyə belə baxırsan,
bu uçuq sənin evindi,

sevdalar bir yara yeri,
yarı göyün,yarı yerin,
ürəyimiz ura yeri,
əllərimiz kösöv yeri,

bu nə sondu,ayrılıqdı,
ayrılıqlar tanrılıqdı,
içim şüşədi,sınıqdı
məni qarga,söy indi
2000


tahirtalibli :

Boyat-boyat hicranınla,
qarıdasan,Vətən məni,
bir gün Araz qurumasa,
qurudasan,Vətən məni

kotanınam,hodagınam,
hər dərdinə ortagınam
görsən quru budagınam,
arıdasan,Vətən məni,

bagında gülşən olmaga,
dagında yovşan olmaga,
çölündə kövşən olmaga,
yaradasan,Vətən məni
1985

tahirtalibli :

Didik-didik torpagınam,
külək deşmiş papagınam,
güllə deşmiş bayragınam,
vətən,vətən,vətən,sənin

hər parçan bir bayraq boyda,
Aran hayda,yaylaq hoyda,
dogransam da qulaq boyda,
ötəninəm,vətən sənin,

nə gördün yad gəlmələrdə,
köntöy,pəltək kəlmələrdə,
dolu gedən,gəmilərdə
itəninəm,vətən sənin

1986




tahirtalibli :


Ürək sınan şüşəmi oldu?
yerim oldu,guşəm oldu
yol gözləmək peşəm oldu
qəfil gələnim olmadı

uzagımdan soy hayladım
söz söylədim,boy boyladım,
sevincimi pay-payladım,
dərdi bölənim olmadı

təkləndimmi tək qurd kimi,
tüstüm keçdi bulud kimi,
unuduldum bu yurd kimi,
görüb bilənim olmadı,

duruldummu,kövrək olub,
coşdummu heç külək olub,
dik başına çiçək olub
vətən,ələnim olmadı
1986


tahirtalibli :